İzmir sahillərində 28 qanunsuz miqrant saxlanılıb


  • 10:17

Türkiyənin İzmir şəhərində 28 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Urla mahalı sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə sahil mühafizə gəmiləri göndərilib.

Komandalar qayıqda olan 28 qeyri-qanuni miqrantı sahilə çıxarıb.

Əməliyyat zamanı insan alveri ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə


 

Oxşar xəbərlər