- 11:48
Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mersinin Yenişehir rayonunda təcili yardım maşını ilə avtomobil toqquşub.
Toqquşma nəticəsində təcili yardım maşını aşıb, 3-ü tibb işçisi olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə