- 12:30
2024-cü ildə ABŞ prezidenti Donald Trampa sui-qəsd edən şəxs ömürlük həbs cəzasına məhkum edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ məhkəməsi qərar qəbul edib.
2024-cü ildə Floridada qolf meydançasında Trampa sui-qəsd cəhdində ittiham olunan Rayan Wesley Routh məhkəməsində işə sədrlik edən hakim Aileen Kannon hökmünü açıqlayıb.
Hökmə əsasən, bütün ittihamlar üzrə təqsirli bilinən Rayan Wesley Routh ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, 15 sentyabr 2024-cü il axşam saatlarında Trampın Floridada qaldığı yerin yaxınlığında atəş səsləri eşidilib. Yerli hüquq-mühafizə orqanları daha sonra kolların arasından AK-47-nin tapıldığını və şübhəlinin tutulduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə