- 12:30
Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttində həlak olan ukraynalı əsgərlərin sayı ilə bağlı rəsmi rəqəmləri açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti "France 2" televiziyasına bildirib.
Zelenski döyüş meydanında həlak olan peşəkar və çağırışçı əsgərlərin sayının 55 min olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Kiyev "düzgün qərarlar" qəbul edənə qədər rus qoşunları döyüşləri davam etdirəcək.
Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar davam etsə də, Moskva Ukraynadan qoşunlarını Ukraynanın ən güclü müdafiə xəttlərindən biri hesab edilən Donetsk vilayətindəki istehkamlı şəhərlərdən çıxarmasını tələb edir.
Şəbnəm Mehdizadə