- 14:11
Taylandda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar spirtli içkilərin satışına müvəqqəti ümummilli qadağa tətbiq olunacaq.
E-huquq.az xəbər verir ki, qadağa 7 fevral, şənbə günü yerli vaxtla saat 18:00-dan başlayaraq bir sutka ərzində qüvvədə olacaq.
Bu tədbir minimarketlərə, supermarketlərə, restoranlara, bütün əyləncə məkanlarına və gecə klublarına, həmçinin spirtli içkilərin satışı və ya paylanması ilə bağlı istənilən tədbirlərə şamil olunur.
Qadağanı pozan şəxslər qanunla nəzərdə tutulan 6 aya qədər azadlıqdan məhrumetmə, 10 min bata (314 ABŞ dolları) qədər cərimə və ya hər iki cəza ilə məsuliyyətə cəlb olunacaqlar.
Humay Eminqızı