- 14:31
Yunanıstanın paytaxtı Afinada lisenziyası olmayan ibadət yerləri bağlanacaq.
E-huquq,az xəbər verir ki, bu barədə Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Thanos Pleuris parlamentdə çıxış edərkən məlumat verib.
Nazir bildirib ki, lisenziyası olmayan ibadət yerlərini idarə edənlərə qarşı sərt tədbirlər görüləcək.
Belə ki, artıq ilk addım atılıb və Afinada lisenziyası olmayan ibadət yerini idarə edən Banqladeşli miqrantın yaşayış icazəsi ləğv edilib.
Nazir Pleuris Banqladeşli miqrant haqqında deportasiya əmrinin verildiyini də bildirib.
Qeyd edək ki, uzun illərdir məscidi olmayan yeganə Avropa paytaxtı olan Afina ilk rəsmi məscidini 2020-ci ildə Votanikos rayonunda açıb.
Müsəlmanlar müxtəlif məhəllələrdə açdıqları müvəqqəti ibadət otaqlarında ibadətlərini davam etdirirlər.
Lakin bunların bəziləri bürokratik səbəblərə görə "lisenziyasız ibadət yerləri" kimi təsnif edilir.
Şəbnəm Mehdizadə