Nigeriyada silahlı hücum zamanı 170 nəfər ölüb


  • 15:16

Nigeriyanın Kvara əyalətində silahlı qrupların hücumu nəticəsində 170 nəfər ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kvara Əyalət Məclisinin üzvü Saidu Baba Əhməd məlumat verib.

Məlumata görə, ölənlərin sayı 170-ə çatıb, 35 qadın qaçırılıb.

Kvaranın mərkəzi senatoru Saliu Mustapha daha əvvəl verdiyi yazılı açıqlamada silahlı qruplaşmanın dünən gecə əyalətin Woro və Nuku rayonlarında hücumlar təşkil etdiyini bildirib.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər