Ermənistanla BƏƏ xidmətlər ticarəti və investisiyalar haqqında saziş imzaladı


  • 5 Fevral 23:43

Ermənistanın Baş naziri Nikol Paşinyan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

BƏƏ Prezidenti Ermənistanın Baş nazirini Azərbaycanla sülhün bərqərar olması münasibətilə bir daha təbrik edib və bunun nəticəsində regional əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çıxacağına əminliyini ifadə edib. O, BƏƏ-nin Ermənistanla müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti dərinləşdirməyə və genişləndirməyə hazır olduğunu vurğulayıb.

Nikol Paşinyan səmimi qəbula görə təşəkkür edərək, bildirib ki, Ermənistan hökuməti BƏƏ ilə ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, bunun üçün mühüm potensial və lazımi siyasi iradə mövcuddur.

Görüş zamanı tərəflər birgə iqtisadi proqramların reallaşdırılmasını müzakirə edib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, Ermənistanın Baş naziri və BƏƏ Prezidentinin iştirakı ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan və BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi Ermənistan Hökuməti ilə BƏƏ Hökuməti arasında xidmətlər ticarəti və investisiyalar haqqında sazişi imzalayıblar.

Oxşar xəbərlər