- 00:16
ABŞ administrasiyası Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini əvəz edəcək yeni sazişin hazırlanması ilə bağlı Rusiya ilə danışıqları davam etdirməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
“Prezident istəyir ki, nüvə silahları üzrə ekspertlərimiz uzun müddət qüvvədə qalacaq yeni, daha müasir və təkmilləşdirilmiş müqavilə üzərində işləsin. ABŞ məhz bu məsələni Rusiya ilə müzakirə etməyə davam edəcək”, – deyə Livitt qeyd edib.