- 10:25
Məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə öldüyü gecədə müşahidə görüntülərini araşdıran müstəntiqlər onun kamerasının yaxınlığında narıncı fiqur aşkarlayıblar.
E-huquq.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi tərəfindən yayımlanan, Federal Təhqiqat Bürosunun (FTB) videogörüntülərinin təhlilində məlum olub.
Videoda aşağı mərtəbənin pilləkənlərində hərəkət edən "narıncı parıltı" əks olunub. FTB-nin məlumatına görə, bu, narıncı geyimli məhbuslardan biri ola bilər.
