İtaliyada qar uçqunu: iki alpinist öldü


  • 10:47

İtaliyada qar uçqunu nəticəsində iki nəfər ölüb.

E-huquq.az İtaliyanın ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, Alp dağlarının İtaliya tərəfindəki Solda bölgəsində Madriccio düşərgəsi yaxınlığında qar uçqunu baş verib.

Hadisə zamanı bir qrup alpinist ərazidə olub və ilkin məlumata görə, iki nəfər həyatını itirib.

Xilasetmə qrupları iki helikopterdən istifadə edərək əraziyə gəlib və bir nəfəri xilas edib.

Bəzi şahidlər yaxınlıqda düşən ikinci uçqun altında daha bir nəfərin qalması ehtimalının olduğunu və xilasetmə işlərinin davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər