- 14:25
NATO-ya üzv ölkələrin müdafiə nazirləri gələn həftə Brüsseldə keçiriləcək görüşdə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyəti fonunda adanın təhlükəsizliyinin təmin olunması üçün görüləcək tədbirləri müzakirə edəcəklər.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili bəyan edib.
“Tramp qarşımıza asan olmayan bir vəzifə qoyub. Biz ona göstəririk ki, NATO artıq bu problemin həlli üzərində işləyir. Gələn həftə Brüsseldə iştirak edəcəyim NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə daha çox müzakirələrin aparılacağını gözləyirəm”, - nazir bildirib.
Hiliyə görə, “Arctic Sentry” (“Arktik keşikçi”) əməliyyatı Trampa NATO-nun artıq Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri gücləndirdiyini nümayiş etdirə bilər.
Humay Eminqızı