Rusiyada generala qarşı sui-qəsd törədilib


  • 13:58

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseevə qarşı sui-qəsd törədilib.

E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, Rusiyanın paytaxtı Moskvada Volokolamsk şossesində yerləşən yaşayış binasında hələ müəyyən edilməmiş şəxs Alekseevə bir neçə dəfə atəş açıb.

Naməlum şəxs daha sonra hadisə yerindən qaçıb.

General-leytenant xəstəxanaya çatdırılıb.

Faktla bağlı RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddənin 1-ci hissəsi (öldürməyə cəhd) və 222-ci maddənin 1-ci hissəsi (ateşli silahların qanunsuz dövriyyəsi) üzrə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər