- 17:18
Avropa İttifaqı Rusiya ilə hərbi münaqişə başlayandan bəri Ukraynaya dəstək üçün təxminən 200 milyard avro xərcləyib.
E-huquq.az xəbər verir ki, bu barədə “CBS” telekanalına müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Avropa indi müharibəni tam maliyyələşdirir, çünki Amerikanın maliyyələşdirməsi ötən ilin yanvarında dayandırılıb. Biz (Avropa) təxminən 200 milyard avro xərclədik, həmçinin növbəti iki il üçün Ukraynaya dəstək üçün 90 milyard avro məbləğində maliyyələşməni uzatdıq”, - Sikorski bildirib.
Humay Eminqızı