- 10:57
Hindistan Sahil Mühafizəsi qeyri-qanuni neft daşımaqda şübhəli bilinən üç tankeri saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi “X” sosial şəbəkəsində paylaşım edib.
“Mumbayın qərbində təxminən 100 dəniz mili məsafədə üç şübhəli gəmi saxlanılıb. Ətraflı yoxlama, elektron məlumatların təsdiqlənməsi və heyət üzvlərinin sorğusu, fəaliyyət sxemini və təşkilatçıların qlobal şəbəkəsini üzə çıxardı”.
Humay Eminqızı