- 10:57
Nigeriyanın Kano əyalətində baş verən yol qəzasında 30 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın Kano əyalətinin Kvanar Barde bölgəsində sərnişin daşıyan tır aşıb.
Qəza 30 nəfərin ölümü və çoxlu yaralanması ilə nəticələnib.
Kano əyalətinin qubernatoru Abba Yusuf ölənlərin ailələrinə başsağlığı verib.
O, sürücüləri, xüsusilə də ağır avtomobillərin sürücülərini ehtiyatsızlıqdan uzaq durmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Şəbnəm Mehdizadə