Rusiyada generela sui-qəsd hazırlayanlar əməllərini etiraf edib


  • 10:44

Rusiyada general Vladimir Alekseyevə qarşı sui-qəsddə təqsirləndirilən şəxslər etirafedici ifadələr verərək Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə hərəkət etdiklərini bildiriblər.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Rusiya vətəndaşları - 1960-cı il təvəllüdlü Lyubomir Korba və 1959-cu il təvəllüdlü Viktor Vasin əməllərini etiraf ediblər. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəis müavini, general-leytenant Vladimir Alekseyevin qətlə yetirilməsinə cəhdin hazırlanması ilə bağlı detalları açıqlayıblar.

Bildirilib ki, L. Korba sui-qəsdin birbaşa icraçısı, V. Vasin isə onun köməkçisi olub.

Humay Eminqızı

Oxşar xəbərlər