Türkiyədə əhalinin sayı 86 milyonu keçib


  • 12:00

Türkiyədə əhalinin sayı 86 092 168 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Məlumata görə, əhalinin sayı 2025-ci ildə əvvəlki ilə nisbətən 427 224 nəfər artıb.

Kişilərin sayı 43 059 434, qadınların sayı 43 032 734 olub. Yəni ümumi əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər