- 12:08
Livanın Tripoli şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 14 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinin rəisi, general İmad Xreyş məlumat verib.
O bildirib ki, dağıntılar altında köməksiz qalan 8 nəfər xilas edilib.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
Humay Eminqızı