- 16:47
Türkiyədə son 2 həftədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, terror təşkilatına qarşı əməliyyatlar Türkiyənin 29 vilayətində keçirilib.
Əməliyyatlarda 63 şübhəli saxlanılıb. Onlardan 41-i həbs olunub.
Onlar terror təşkilatlarına maliyyə yardımı göstərmək və terrorun təbliğində şübhəli bilinirlər.
Humay Eminqızı