İsrail Livana hücum edib


  • 15:23

İsrail ordusu Livanın cənubundakı Sur şəhərində bir avtomobilə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi “NNA” məlumat yayıb.

Məlumata görə, hücum pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilib.

Nəticədə biri uşaq olmaqla 3 nəfər həlak olub.

İsrail ordusu verdiyi açıqlamada hücumda “Hizbullah” üzvünün hədəf alındığını iddia edib.

Qeyd edək ki, 27 noyabr 2024-cü ildə Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail atəşkəsi dəfələrlə pozub.

Humay Eminqızı

Oxşar xəbərlər