- 17:38
Fransada hakim kriptovalyuta şəbəkəsi tərəfindən qaçırılıb.
E-huquq.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə Lion Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hadisə Fransanın cənub-şərqindəki Drom əyalətində baş verib. Cinayətkarlar hakimin həyat yoldaşından fidyə olaraq kriptovalyuta tələb edib.
Daha sonra onlar hakimi və onun anasını oğurlayaraq qaçırıb.
Təxminən 200 polisin cəlb olunduğu əməliyyat-axtarış tədbirləri nəticəsində fransalı hakim və anası fevralın 6-da Burq-le-Valensdəki qatar vağzalında yaralı halda tapılıb.
Hadisə ilə bağlı 6 şübhəli həbs edilib.
Şəbnəm Mehdizadə