- 17:38
İranın ABŞ-ın 12 günlük müharibə zamanı vurduğu nüvə obyektlərində hələ də partlamamış bombalar qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi məlumat verib.
"Bu məsələlərdə razılıq əldə edildikdən sonra yoxlamalar aparılmalıdır. Bu çərçivədə aidiyyəti qurumlarla əlaqə saxlayırıq" - deyə iranlı nazir bildirib.
Əraqçi Tehranda keçirilən konqresdəki çıxışında ABŞ-yə güvənmədiklərini və danışıqların nəticəsinin qeyri-müəyyən olduğunu bildirib.
"ABŞ hər şeyi sınadı və uğursuzluğa düçar oldular. İndi danışıqlar masasına qayıdıblar. Bu danışıqların hara aparacağı bəlli deyil. Biz onlara etibar etmirik. İranın nüvə proqramının məqsədləri ilə bağlı narahatlıq olarsa, diplomatiya yolu ilə cavab verməyə, şəffaflığı təmin etməyə və etimad yaratmağa hazırıq".
İranlı nazir qeyd edib ki, İranın uranı zənginləşdirməyə qanuni haqqı var və onun bu barədə təkid etməsi təkcə texniki və ya iqtisadi səbəblərə əsaslanmır.
Şəbnəm Mehdizadə