- 17:38
Rusiyanın Ufa şəhərində bıçaqla silahlanmış yeniyetmə tibb universitetinin yataqxanasına hücum edib.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yeniyetmə həm ətrafdakılara, həm də özünə bıçaqla xəsarət yetirib.
Hücum nəticəsində ikisi polis olmaqla 6 nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Humay Eminqızı