Avstraliyada minlərlə insan İsrail prezidentinin səfərinə etiraz edib


  • 16:24

İsrail prezidenti İsaak Hersoqun Avstraliyanın Sidney şəhərinə səfəri ölkə daxilində etirazlarla qarşılanıb.

E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, İsaak Hersoq 2025-ci il dekabrın 14-də Bondi çimərliyində 15 nəfərin ölümü ilə nəticələnən hücumun qurbanlarının xatirəsini yad etmək üçün Sidneyə rəsmi səfər çərçivəsində gəlib.

Lakin prezidentin səfəri bütün ölkədə etirazlara səbəb olub.

Paytaxt Kanberranın Qarema meydanına toplaşan təxminən 500 nəfər Hersoqun səfərinə etiraz edib.

Minlərlə nümayişçi Hersoqun səfərinə etiraz əlaməti olaraq bayraqlar və pankartlarla şəhər meriyasının qarşısına toplaşıb. Təbilçilərin müşayiəti ilə şüarlar səsləndirib.

Nümayişlər zamanı təhlükəsizlik tədbirləri gücləndirilib.

Küçələri Fələstin bayraqları ilə bəzəyən nümayişçilər əllərində pankartlarla qəzəblərini ifadə ediblər.

Səfər öncəsi Avstraliyada polisə əlavə səlahiyyətlər verilib, üç günlük səfər üçün təxminən 3500 polis məmuru bütün şəhərə yerləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər