- 16:47
İtaliyanın cənub-şərqində Brindisi və Lecce şəhərləri arasındakı magistral yolda bir qrup silahlı şəxs zirehli pul daşıyan maşına hücum edib.
E-huquq.az İtaliya KİV-ə istinadən xəbər verir ki, bu zaman quldurlarla təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Əksəriyyəti maska taxan soyğunçular zirehli maşını qarət etmək üçün partlayıcıdan istifadə ediblər.
Məlumata görə, təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında toqquşma olub, lakin xəsarət alan olmayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə oğurluq cəhdi uğursuz alınıb və oğrular qaçmazdan əvvəl yoldan keçən digər bir avtomobili saxlayaraq qaçırıblar.
Hadisə ilə əlaqəsi olduğu güman edilən iki şübhəli eççe əyaləti yaxınlığında İtaliya jandarmları tərəfindən saxlanılıb.
Şəbnəm Mehdizadə