- 9 Fevral 23:57
Türkiyə xarici işlər naziri Hakan Fidan İranın nüvə silahı hazırlamaq cəhdlərinin digər ölkələri də nüvə silahı əldə etməyə sövq edə biləcəyini deyib.
E-huquq.az xəbər verir ki, XİN başçısı bu məsələni ümumi strateji çərçivə daxilində qiymətləndirməyin tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, rəsmi ankara regionda güc balansını köklü şəkildə dəyişdirəcək dramatik dəyişikliklərin baş verməsini istəmir:
“Mövcud balansın pozulması bölgədəki əməkdaşlıq mühitinə ciddi zərər vura bilər. Bundan əlavə, belə bir vəziyyət bunu fərqli cür şərh edən və artıq müxtəlif problemləri olan digər ölkələri də nüvə silahı əldə etməyə sövq edə bilər. Bu isə silahlanma yarışını alovlandıra və bizi də istər-istəməz bu prosesin bir hissəsinə çevirə bilər. Bu baxımdan, belə bir inkişafın region üçün faydalı olacağını düşünmürük”- deyə diplomat qeyd edib.