- 9 Fevral 22:43
Nigeriyanın şimal-qərbində baş verən yol qəzasında 30 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
E-huquq.az xəbər verir ki, hadisə Kvanar Bardedə baş verib. Hadisəyə yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəb olub.
Ölkənin Federal Yol Təhlükəsizliyi Qurumunun məlumatlarına görə, Afrikanın bu ölkəsində 2024-cü ildə 9570 yol qəzası olub, 5421 ölüm hadisəsi qeydə alınıb.
Mütəxəssislər deyirlər ki, yol şəbəkəsi, qanunların zəif icrası və bəzi sürücülərin intizamsızlığı kimi amillər bu acınacaqlı statistikanın yaranmasına əsas səbəbdir.
Afrika dünyada ən çox yol qəzasının baş verdiyi yerdir. Halbuki, dünya nəqliyyat vasitələrinin yalnız 3 faizi bu qitədədir.