- 00:13
Türkiyənin İzmir şəhərində bələdiyyə işçiləri tətil edib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Buca rayonunda bələdiyyədə çalışan 1886 nəfər maaş və digər müavinətləri ödənmədiyini əsas gətirərək tətilə çıxıb.
Bələdiyyənin qarşısına toplaşan işçilər müxtəlif şüarlar səsləndiriblər.
Bildirilib ki, bələdiyyə rəhbərliyi daha əvvəl işçilərdən vaxt istəyib.
Verilən vədlərin tutulmadığını görən işçilər tətil edib.
Şəbnəm Mehdizadə