- 10:40
Türkiyənin 2 vilayətində güclü qara görə dərslər bağlanıb.
E-huquq.az türkiyə KİV-ə istinadən xəbər verir ki, Ağrı və Van vilayətlərində yağan güclü qar bir sıra fəsadlar törədib.
Şaxtalı hava yolların buz bağlamasına səbəb olub, nəqliyyatın hərəkəti çətinləşib.
Bununla əlaqədar olaraq hər 2 vilayətdə dərs prosesi 2 günlük təxirə salınıb.
Həmçinin hamilə, 8 yaşadək övladı olan qadınlar və əlilliyi olan şəxslər inzibati məzuniyyətə buraxılıb.
Şəbnəm Mehdizadə