- 10:40
Sloveniyada kompüterlərlə təchiz edilmiş “Sloveniya Süni İntellekt Fabriki” açılıb.
E-huquq.az Sloveniya Radio və Televiziyasına (RTV) istinadən xəbər verir ki, ölkənin baş naziri Robert Qolob şirkətlərə, tədqiqat institutlarına və ictimai sektor istifadəçilərinə süni intellektin inkişafı üçün əsas xidmətlər göstərməyi hədəfləyən fabrikin açılışını edib.
Açılış mərasimində çıxış edən Qolob, fabrikdəki "superkompüter"in təkcə elm adamları üçün deyil, sənaye və iqtisadiyyat da daxil olmaqla bir çox sektorlar üçün açıq olacağını vurğulayıb.
"Əsl ehtiyac bu biliklərin istifadə edilməsi və iqtisadiyyata ötürülməsi üçün şəraitin yaradılmasıdır" -deyə baş nazir vurğulayıb.
Avropa Komissiyasının Sloveniyadakı Nümayəndəliyinin rəhbəri Jerneja Jug Jerse bildirib ki, bu, təkcə Sloveniya üçün deyil, bütün Avropa İttifaqı (Aİ) üçün vacibdir.
Jerse həmçinin bildirib ki, fabrik Aİ daxilində qurulan bir neçə AI zavodlarından biridir.
Şəbnəm Mehdizadə