- 10:40
Kubada yanacaq böhranı getdikcə dərinləşir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə yanacaq satışının rasionla təmin edilməsinə dair qərarınaçıxarılıb.
Kuba hökuməti beynəlxalq aviaşirkətlərə yanacaq tədarükünü bir ay müddətinə dayandırmaq məcburiyyətində qalıb.
60 ildən çoxdur ki, ABŞ-nin embarqosu altında olan Kuba Venesuela prezidenti Nikolas Maduronun tutulması əməliyyatından sonra əhəmiyyətli yanacaq ehtiyatından məhrum olub.
Hazırda Kuba hökuməti ciddi yanacaq qıtlığı ilə mübarizə aparır.
Hökuməti ABŞ-nin yanacaq daşınmasına qoyduğu məhdudiyyətlərə qarşı bir sıra əks tədbirlər həyata keçirib. Bunlara yanacaq satışının normalaşdırılması, bəzi turizm müəssisələrinin bağlanması, tədris ilinin qısaldılması, dövlət müəssisələrində iş həftəsinin dörd günə endirilməsi daxildir.
ABŞ prezidenti Donald Trampın Kubaya neft tədarük edən istənilən ölkəyə tariflər tətbiq edəcəyi ilə hədələməsindən sonra yanacaq böhranı daha da dərinləşib.
Ölkədə kerosin, aviasiya yanacağının tükənəcəyi və bunun da aviaşirkətlərin fəaliyyətini dayandıracağı ehtimal edilir.
Yanacaq çatışmazlığının növbəti ayda da davam edəcəyi və Kubanın bütün beynəlxalq hava limanlarına təsir edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə