Cənubi Koreyada müştərilərə səhvən 42 milyard dollar göndərilib


  • 10:40

Cənubi Koreyanın ikinci ən böyük kriptovalyuta birjası Bithumb texniki səhv nəticəsində müştərilərinə 620.000 Bitcoin (təxminən 42 milyard dollar) göndərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əslində 695 müştəriyə cəmi 620.000 Koreya vonu (423 dollar) göndərmək lazım imiş.

Amma səhv nəticəsində bu miqdar Bitcoin olaraq ödənilib.

Hadisədən sonra 249 müştəri mükafatlarını açıb və hesablarında 14 dəfə daha çox aktiv olduğunu görüb.

Cənubi Koreyanın Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Li Çan-jin bu səhvi fəlakət olaraq qiymətləndirib və müştərilərin itkilərlə üzləşə biləcəyini bildirib.

Artıq səhv əməliyyatların 99,7%-ni düzəldiyi açıqlanıb, lakin 86 müştəri 1788 Bitcoin satıb və qiymət enişi yaşanıb. Birja rəhbərliyi, bu müştərilərlə görüşərək itirilmiş məbləğləri geri qaytarmağa çalışır.

Cənubi Koreya parlamenti fevralın 11-də məsələyə dair fövqəladə iclas keçirəcək.

Birja hadisənin kiberhücum və ya təhlükəsizlik pozuntusu ilə əlaqəli olmadığını bildirib və daxili nəzarət sistemlərini yenidən nəzərdən keçirəcəyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər