Rusya XİN: “Ukraynanın hücumları nəticəsində son 1 həftədə 14 nəfər həlak olub”


  • 15:25

Son bir həftə ərzində Ukraynanın Rusiyaya hücumları nəticəsində 14 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat yayıb.

Məlumata görə, həftə ərzində 9-u azyaşlı olmaqla 113 nəfər yaralanıb.

Miroşnik qeyd edib ki, mülki sakinlərin həlak olması və ya yaralanmasının ən çox rast gəlinən səbəbi Kiyevin zərbə PUA-ları ilə həyata keçirdiyi hücumlar olub. Belə ki, ötən həftə PUA-ların hücumları nəticəsində 92 nəfər zərər çəkib ki, bu da ümumi sayın təxminən 72%-ni təşkil edir.

Bildirilib ki, beynəlxalq humanitar hüquq normalarını pozaraq, Ukrayna qoşunları Rusiya Federasiyasının tibb müəssisələrinə qəsdən zərbələr endiriblər.

Humay Eminqızı

Oxşar xəbərlər