Avropada müdafiə, təhlükəsizlik startaplarına investisiyalar rekord həddə çatıb


  • 16:18

Avropada müdafiə, təhlükəsizlik və davamlılıq startaplarına investisiyalar 2025-ci ildə rekord həddə - 8,7 milyard dollara çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO İnnovasiya Fondu tərəfindən dərc edilən hesabata görə, Avropadakı startaplar 2025-ci ildə ümumilikdə 8,7 milyard dollar investisiya əldə ediblər. Bu, əvvəlki illə müqayisədə 55 faiz artım deməkdir.

Bu artımda xüsusilə böyük investisiya sövdələşmələri xüsusi rol oynayıb. Belə investisiyaların ümumi dəyəri əvvəlki illə müqayisədə əhəmiyyətli artımla 4,7 milyard dollara çatıb.
Böyük Britaniya 2025-ci ildə ən çox investisiya alan ölkə olub. İkinci yerdə isə Almaniyadır.

Almaniya və Hollandiyada vençur kapitalı investisiyalarının əhəmiyyətli bir hissəsi müdafiə və təhlükəsizlik sektorundakı şirkətlərə yönəldilib.

Mərkəzi və Şərqi Avropa investisiyaların sayının artması baxımından ən sürətlə böyüyən region olub.

Son illərdə Avropada təhlükəsizlik mühitinin dəyişməsi və artan müdafiə xərcləri müdafiə texnologiyalarına investisiyaları sürətləndirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər