İndoneziya Qəzzaya 8 minədək hərbçi göndərəcək


  • 16:23

İndoneziya Qəzza kimi münaqişə bölgələrinə 5-8 min personalın göndərilməsi üçün hazırlıqlara başlayır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Silahlı Qüvvələrinin (TNI) komandanı general Maruli Simanjuntak məlumat verib.

Qoşunların yerləşdirilməsi üçün hazırlıqların başladığını qeyd edən Maruli Simanjuntak, yerləşdirmə yerləri və tarixlərinin hələ dəqiqləşmədiyini bildirib.

Maruli Simanjuntak, əsgərlərin sayı ilə bağlı müzakirələrin hələ də davam etdiyini vurğulayıb.

"5 mindən 8 minə qədər personal ola bilər. Hələ hər şey danışıqlar mərhələsindədir, rəqəmlərlə bağlı hələ dəqiqlik yoxdur" - deyə general əlavə edib.

ABŞ-nin general-mayoru Casper Ceffersin Qəzzaya yerləşdiriləcək beynəlxalq qüvvələrə komandanlıq edəcəyi açıqlanıb.

İndoneziyanın ISF altında Qəzzəyə əsgər yerləşdirən ilk ölkə olacağı və İndoneziya əsgərlərinin cənubdakı Rəfah və Xan Yunis şəhərləri arasındakı bölgədə yerləşəcəyi iddia edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər