İslamabaddakı terror hücumu zamanı ölənlərin sayı 38-ə çatıb


  • 16:30

Pakistanın İslamabad şəhərində fevralın 6-da cümə namazı zamanı məscidə hücum nəticəsində ölənlərin sayı 38-ə çatıb.

E-huquq.az "Dawn" qəzetinə istinaədn xəbər verir ki, hücumdan sonra xəstəxanada müalicə alanlardan bəziləri vəfat edib.

Rəsmilər ölənlərin sayının daha da arta biləcəyini bildirib.

Yaralıların aparıldığı İslamabaddakı Poliklinika Xəstəxanası, PİMS və CDA Xəstəxanasında fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, 6 fevralda törədilən terror aktı nəticəsində 169 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər