- 17:40
Türkiyənin Ankara şəhərində FETö terror təşəkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 8 şübhəli saxlanılıb.
Şübhəlilərin əvvəllər təşkilata üzv olduqları üçün həbs olunmalarına baxmayaraq təşkilati fəaliyyətlərini davam etdirdikləri müəyyən edilib.
Saxlanılan 8 şübhəlinin evlərində və digər ünvanlarda aparılan axtarışlar zamanı onlardan külli miqdrada pul, qızıl və rəqəmsal materiallar aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərdən biri həbs edilib.
Şəbnəm Mehdizadə