Rusiya terrorizmlə mübarizə aparmaq üçün Pakistanla qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırdır - Zaxarova


  • 17:32

“Rusiya Pakistanın paytaxtı İslamabadda baş vermiş terror aktını qətiyyətlə pisləyir və terrorizmlə mübarizə sahəsində Pakistanla əməkdaşlığı artırmağa hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“6 fevral tarixində terrorçu İslamabadda məscidlərdən birinə hücum həyata keçirib, nəticədə 32 nəfər həlak olub, 170 nəfər yaralanıb. Cümə namazı zamanı insanların çoxluq təşkil etdiyi bir vaxtda törədilmiş bu vəhşi aktı qətiyyətlə pisləyirik. Bu hadisə terrorizmin qeyri-insani mahiyyətinin növbəti sübutu olub”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə qlobal birliyin bütün üzvlərinin səylərinin birləşdirilməsinin tərəfdarıdır və bu ümumi təhlükəyə qarşı mübarizədə İslamabadla əməkdaşlığı artırmağa hazırdır.

Humay Eminqızı

Oxşar xəbərlər