- 17:40
Rusiyanın Çelyabinsk vilayətində minik avtomobili ilə yük maşını toqquşub.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza yerli vaxtla saat 12:10-da Kizil rayonunda Obruçevka-Subutak avtomobil yolunun 33-cü kilometrliyində baş verib.
İlkin məlumata görə, avtomobili idarə edən sürücü qar yağışı zamanı qarşı hərəkət zolağına çıxıb və nəticədə yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişini aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Humay Eminqızı