- 17:36
Kolumbiyanın şimalında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 14 nəfər həyatını itirib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Cordoba, La Guajira, Sucre, Magdalena, Choco və Antioquia bölgələrində baş verən daşqınlar və torpaq sürüşmələri 120 mindən çox insana təsir edib.
Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsinin direktoru Carlos Alberto Carrillo bildirib ki, fevral ayında bu cür yağış səviyyəsi əvvəllər heç vaxt qeydə alınmayıb, bu adətən region üçün ən quraq aydır və hazırda 40 min hektardan çox ərazi su altında qalıb.
Zərər görənlər müvəqqəti sığınacaqlara təxliyə edilərkən, pis gigiyena şəraiti səbəbindən respirator infeksiyaların və qripə bənzər simptomların artdığı bildirilir.
Humay Eminqızı