İranda etirazlar zamanı ölənlərin sayı 7 mini ötdü


  • 12:43

İranda etirazlar zamanı ölənlərin sayı 7 002 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Həyatını itirənlərdən 214-ü təhlükəsizlik işçisi olub.

Məlumata görə, etirazlar zamanı 52 941 nəfərin saxlanılıb.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və ağır iqtisadi vəziyyət səbəbindən başlayıb, daha sonra ölkənin bir çox şəhərinə yayılıb.

Humay Eminqızı

Oxşar xəbərlər