- 17:17
Cənubi Koreyanın Cənubi Gyeongsang əyalətində 3 gündür davam edən meşə yanğınlarında 190 hektar ərazi külə dönüb.
E-huquq.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, əyalətin Hamyanq bölgəsində fevralın 21-də başlayan meşə yanğınları hələ də davam edir.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir. Güclü külək yanğınsöndürmə işlərini çətinləşdirib.
Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün ötən gecə əraziyə 105 texnika və 603 canlı qüvvə cəlb edilib.
Humay Eminqızı