- 11:57
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu ilə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbəsinin birgə keçirdiyi əməliyyat zamanı terror təşkilatı ilə əlaqəli fəaliyyətlərdə iştirak edən və sosial media kanalları vasitəsilə təbliğat aparan şübhəlilərin şəxsiyyəti və ünvanları müəyyən edilib.
Müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.
Şübhəli şəxslər polis bölməsinə aparılıblar.
Şəbnəm Mehdizadə