Hindistanda təcili yardım təyyarəsi qəzaya uğradı - 7 nəfər öldü


  • 11:08

Hindistanın Carxand əyalətində təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə "India Today" nəşri məlumat yayıb.

Məlumata görə, Mülki Aviasiya Baş İdarəsi (DGCA) bildirib ki, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" təyyarəsi əyalətin paytaxtı Rançi şəhərindən havaya qalxıb.

Rəsmi açıqlamada təyyarə ilə əlaqənin uçuşdan təxminən 20 dəqiqə sonra kəsildiyi, daha sonra isə hava gəmisinin Çatra bölgəsində qəzaya uğradığının müəyyən edildiyi bildirilib.

Çatra Rayon Komissarı Keerthishree G. təcili yardım təyyarəsində olan 7 nəfərin hamısının hadisə yerində həyatını itirdiyini açıqlayıb.

Məlumata görə, təyyarədə iki pilotla yanaşı, bədəninin 63 faizi yanıq xəsarətləri almış 41 yaşlı xəstə, onu müşayiət edən iki ailə üzvü, bir həkim və bir tibb işçisi olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər