- 12:30
Danimarka Ukraynaya 190 milyon kron (30 milyon ABŞ dolları) əlavə humanitar yardım ayırmaq qərarı qəbul edib.
E-huquq.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ayrılan vəsait kəskin humanitar vəziyyətin aradan qaldırılmasına kömək edəcək və uzunmüddətli perspektivdə dəstək təmin edəcək.
2022-ci ilin fevralından bəri Danimarka Ukraynaya 205 milyon dollar məbləğində humanitar yardım, 11,19 milyard dollar məbləğində isə hərbi yardım göstərib.
Humay Eminqızı