- 12:30
Rusiyanın Altay diyarının Kulunda kəndində qadını avtomobillə vuraraq öldürən sürücü yol-nəqliyyat hadisəsinin günahını öz üzərinə götürməkdən imtina edən atasını balta ilə öldürüb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, kişi “VAZ” markalı avtomobili idarə edərkən Kulunda kəndində piyada keçidindən yolu keçən 63 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə hadisə yerindən qaçıb.
Hadisədən sonra kişi atasının evinə gedərək ondan yol-nəqliyyat hadisəsində günahı öz üzərinə götürməsini xahiş edib, lakin rədd cavabı alıb. Bundan sonra o, baltanı götürərək atasına çoxsaylı zərbələr endirib və ata hadisə yerində vəfat edib.
Faktla bağlı RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Humay Eminqızı