- 12:30
Polşa Rusiya-Ukrayna münaqişələri başladığı vaxtdan Ukraynaya 318 tank, müxtəlif növ 586 zirehli transportyor (BTR), 137 artilleriya qurğusu, həmçinin 10 ədəd MiQ-29 təyyarəsi və 10 ədəd Mi-24 helikopteri tədarük edib.
E-huquq.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun ofisi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin mart ayınadək Ukraynaya verilmiş hərbi əmlakın ümumi dəyəri 18 milyard zlotı (5 milyard dollardan çox) təşkil edib.
Humay Eminqızı