Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi


  • 13:43

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 297 maddə ilə genişləndirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya 240 hüquqi və 7 fiziki şəxs, həmçinin 50 gəmi daxil edilib.

Siyahıya 5 rusiyalı sahibkar və “Rosatom” şirkətinin 2 əməkdaşı, “Avers Bank”, “Toçka Bank”, “Poçta Bank, “Fora-Bank”, “Ak Bars”, “Lanta-Bank”, “Sinara Bank”, “Absolut Bank”, “Transkapitalbank”, Rosatom Enerji Layihələri ASC və “Rusatom Overseas”, “Transneft”, həmçinin “Qazprom LNG Portovaya”, “Kriogaz-Vısotsk” və “Novatek” şirkətləri, BƏƏ-dən 142, Çindən 39, Taylanddan 3 və Hindistandan 2 şirkət, Varşavada yerləşən “Alliance Capital” şirkəti və Gürcüstanın “İmedi TV” və “POSTV” televiziya kanalları daxil edilib.

Humay Eminqızı

Oxşar xəbərlər