Məzmuna keç

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Kiyevə göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir Azərbaycanın göstərdiyi həmrəyliyə yüksək qiymət verdiklərini bildirib.

"Münaqişənin ilk günlərindən Ukrayna ilə səmimi həmrəylik göstərən Azərbaycana, onun rəhbərliyinə və xalqına xüsusi təşəkkürümü bildirmək istəyirəm", – deyə diplomat vurğulayıb.

Humay Eminqızı